Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:38

Gölü qurudub gəncin cəsədini tapdılar


Göldə axtarışlar
Göldə axtarışlar
-
Xaçmazın Sərkərli kəndində göldə batmış 26 yaşlı Rafiq Adıgözəlovun cəsədi aprelin 6-da, göl qurudulduqdan sonra tapılıb.
3 günlük axtarışı nəticə vermədiyini görən kənd sakinləri gölün qurudulub, cəsədin tapılması tələbiylə icra hakimiyyətinə yürüş edəcəklərini bildiriblər.
Bundan sonra rayon icra hakimi hadisə yerinə gəlib və gölün qurudulmasına qərar verilib. Gölün suyu yaxınlıqdakı çaya istiqamətləndirilib.
Qısa vaxta dalğıclar cəsədi tapıblar.
Bir gün əvvəl Rafiq Adıgözəlovun anası Şamama Adıgözəlova AzadlıqRadiosuna bildirmişdi ki, dalğıclara pul vermədiyinə görə axtarışa həvəssiz yanaşırlar.
Xaçmaz rayon Polis Şöbəsindən AzadlıqRadiosuna verilən məlumata görə, Padar kənd sakini 26 yaşlı Rafiq Adıgözəlov aprelin 3-də axşam saatlarında dostları ilə Sərkərli kəndindəki göl kənarında dincələrkən, içkili vəziyyətdə gölə düşərək batıb.
XS
SM
MD
LG