Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:14

ABŞ silahlı qüvvələri baş qərərgah rəisləri komitəsinin rəhbəri Əfqanıstana gedib


Martin Dempsey

Martin Dempsey

ABŞ silahlı qüvvələri baş qərərgah rəisləri birləşmiş komitəsinin rəisi Martin Dempsi (Martin Dempsey) Əfqanıstana gözlənilməz səfər edib.

O ABŞ və NATO komandanlığının nümayəndələri, habelə Əfqanıstan rəsmilərilə görüşəcək.

Bu görüşlərdə koalisiya qüvvələri 2014-cü ildə Əfqanıstanı tərk etdikdən sonra ölkədə qalacaq ABŞ qüvvələrinin sayı müzakirə olunacaq.
Həmçinin Əfqanıstan güc qurumlarının fəaliyyəti və onların ölkəni qorumaq imkanına qiymət veriləcək.

Əfqanıstanda qalacaq ABŞ qüvvələri Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim keçməklə məşğul olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG