Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:57

İqtisadi İnkişaf naziri Mingəçevirdə şikayətçiləri qəbul edib


Şahin Mustafayev

Şahin Mustafayev

-
İqtisadi İnkişaf naziri Şahin Mustafayev aprelin 6-da Mingəçevir şəhərində ətraf 9 rayondan olan şikayətçilərin qəbuluna başlayıb. İndiyə qədər nazirə 50-yə yaxın şikayətçi müraciət edib.
Şikayətlər daha çox sahibkarların kredit ala bilməmələri və müxtəlif sosial problemlərlə bağlı bağlıdır.
Şikayətçilərdən biri, Mingəçevir sakini, milli qəhrəman anası Asiya Mirzəyeva oğlununu adına olan parkın təmirdən sonra adının dəyişdirilməsinə etiraz edib.
O bütün rəsmi sənədlərdən həmin parkın onun oğlunun adını daşıdığı halda abadlıq aparıldıqdan sonra parkın “Dostluq” adlandırıldığını deyib.
Asiya Miirzəyeva bu barədə dəfələrlə aidiyyatı qurumlara müraciətlər etdiklərini və həmişə də təzyiqlərlə üzləşdiklərini bildirib.
Aprelin 5-dən başlayaraq nazir və komitə rəhbərlərinin regionlara səfərləri başlayıb.

Aprelin 25-ə qədər davam edəcək görüşlərdə məqsəd əhalinin şikayətlərini dinkləmək və problemləri həll etməkdir. Bundan əvvəl baş prokuror Zakir Qaralov Ağstafada, Kənd Təsərrüfatı naziri İsmət Abbasovsa Salyanda belə qəbullar keçiriblər.
XS
SM
MD
LG