Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:15
-
Aprelin 5-də Sumqayıt polisi Müsavat Gənclər Təşkilatının Sumqayıt və Qubadlı təşkilatlarının üzvləri olan iki qardaşı-Sarvan Davudoğlu ilə Elşad Xaqanı saxlayıb. Bir müddət sonra qardaşlardan Elşad Xaqan sərbəst buraxılıb.
Sarvan Davudoğluna isə 10 sutkalıq inzibati həbs cəzası verilib. Bu barədə AzadlıqRadiosuna partiya başqanının gənclərlə iş üzrə müşaviri Əhəd Məmmədli məlumat verib.
Müsavatçı gənc polisə müqavimətdə ittiham olunur.
Yaxınlarının isə onun «Facebook»dakı hakimiyyəti tənqid edən statuslarına görə həbs olunduğunu bildirirlər:
«Bakıda keçirilən mitinqlərə getməsin deyə o, bir neçə dəfə saxlanılıb, həmişə də ona deyilib ki, «Facebook»da hakimiyyət əleyhinə yazdığı tənqidi fikirlərini yığışdırsın və yazmasın, amma o, buna heç vaxt əhəmiyyət verməyib. Bu qardaşlar çox fəaldırlar».
Sumqayıt polisi Sarvan Davudoğlunun həbsini təsdiqləyib. Növbətçi polis onun hazırda polis idarəsinin müvəqqəti saxlanma bölməsində saxlandığını bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG