Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:40

Pervez Musharraf vətənə xəyanət ittihamı ilə məhkəmə qarşısına çıxarılır



Pakistanda Ali Məhkəmə keçmiş president Pervez Musharraf-a qareşı vətənə xəyanət ittihamının araşdırılmasına başlayır. Ali Məhkəmənin rəhbəri prosesin aprelin 8-də keçiriləcəyini bildirib.

Ali Məhkəmənin sədri Musharraf-in 2007-ci ildə tətbiq etdiyi fövqəladə vəziyyətə görə araşdırmaya başlamağı tapşırıb.

Pervez Musharraf martın 24-də son illər mühacirətdə yaşadığı Britaniyadan vətəninə dönüb. O, mayın 11-də keçiriləcək parlament seçkisində iştirak etmək niyyətindədir.
Keçmiş president buna qədər də 2007-ci ildə ölkənin keçmiş Baş naziri Benazir Bhutto-ya qarşı sui-qəsdə və 2006-cı ildə etnik bəluc liderin ölümünə görə məhkəmələrə çəkilib.
XS
SM
MD
LG