Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:25

Rusiya jurnalistin Bakıdan çıxarılmasına aydınlıq gətirilməsini istəyir


Rusiyanın Azərbaycandakı səfirliyi “Nezavisimaya qazeta”nın əməkdaşı Milrad Fətullayevin Bakıdan çıxarılmasına aydınlıq gətirilməsini istəyir. APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya xarici işlər nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, səfirlik sadəcə insidentə aydınlıq gətirilməsi üçün Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət edib.

M. Fətullayev martın 31-dən aprelin 1-nə keçən gecə Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanıb və deportasiya edilib.

Hələlik Azərbaycan tərəfi Milrad Fətullayevin hava limanında saxlanılmasının səbəblərinə aydınlıq gətirməyib.
XS
SM
MD
LG