Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:18

Fotoqraflar “ekstremist fotolar" ittihamı ilə məhkəməyə çıxarılır



Belorusda iki fotoqraf çəkdikləri fotolara görə məhkəməyə çıxarılıblar. Onlardan biri olan Yulia Darashkevich AzadlıqRadiosuna bildirib ki, o, və həmkarı Vadzim Zamirouski aprelin 17-də ölkənin qərbindəki Aşmıanı şəhərində məhkəmə qarşısına çıxarılacaq.
Darashkevich deyir ki, Belorus KQB-sindən bu barədə yazılı məktub alıblar. Orada qeyd edilir ki, onların təqdim etdikləri “Press Photo Belorus 2011” adlı albomda bəzi fotolarda “ekstremizm ruhu var və Belorusdakı real vəziyyəti əks etdirmir.”

Fotoqraf deyir ki, albomdakı bütün fotoları Belorusun müxtəlif yerlərində çəkiblər və onların heç birində ekstremizm mahiyyətli bir şey yoxdur.

Həmin iki fotoqraf keçən il Avropada “Press Photo Belorus 2011” fotoalbomunun sərgisini keçiriblər. Geri qayıdarkən Belorusun sərhəd keşikçiləri onlardan albomun 42 sürətini onlardan müsadirə ediblər.

“Press Photo Belorus” ildə bir dəfə keçirilən foto layihəsidir.
XS
SM
MD
LG