Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:19

Rusiya Aralıq Dənizinə donanma göndərir



Aprelin 5-də Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, Sakit Okeandakı donanmadan bir neçə gəmi Aralıq Dənizinə göndərilir. Nazirlik bunu regiondakı daimi donanma saxlamaq qərarı ilə izah edir.

Aprelin 5-də verilən yazılı açıqlamada qeyd olunur ki, sualtı qayıqlara qarşı “Admiral Panteleev” gəmisi, böyük “Peresvet”, “Admiral Nevski”, gəmiləri, “Pechenka” tanker və “Fotii Krylov” yedək gəmisi artıq Cənubi Çin Dənizindən Süveyş kanalına doğru yola çıxıb.

Rusiya gəmilərin konkret adlar çəkmədən yolda xarici ölkələrin də limanlarında dayanacaqlarını bildirir.

Martın əvvəlində Rusiyanın Müdafiə naziri Sergei Shoigu bəyan etmişdi ki, onun ölkəsi Aralıq Dənizi çevrəsində daimi bazar yaradacaq.
XS
SM
MD
LG