Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:11

Ərzağın zənginləşdirilməsi haqda qanun qəbul edilir


-
Azərbaycan hökuməti ərzağın zənginləşdirilməsi haqda qahun qəbul etməyə hazırlaşır. Bu haqda jurnalistlərlə söhbətdə Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.
Onun sözlərinə görə, hökumət bu məqsədlə UNİCEF-lə birgə tədqiqata başlayıb. Təxminən 500 nəfərin qanı müayinə üçün götürülüb.
“İndi həmin qanın tərkibində nəyin çatıb, nəyin çatmadığı öyrənilir. Bundan sonra bizə təklif verəcəklər ki, qanda dəmir çatmayanda, yod çatmayanda nələr olur, hansı fəsadlar yaradır. Biz də bunun əsasında müvafiq qanun hazırlayacağıq ki, qanda çatmayan mikroelementləri kütləvi istehlak məhsullarına əlavə edək. Bura un, süd, şəkər və başqa məhsullar daxildir. Qanda çatışmayan metalların, vitaminlərin əlavə olunması ilə bağlı qanun qəbul ediləcək. Düzdür, qanunda əlavə ediləcək mikroelementlərin miqdarı göstərilməyəcək. Bununla bağlı qərarı Nazirlər Kabineti verəcək”.
Hadı Rəcəblinin sözlərinə görə, ərzağın zənginləşdirilməsi ilə bağlı qanun dünyanın 76 ölkəsində qəbul edilib. Komissiya sədri bu ölkələr arasında Kanada, ABŞ, Avropanın bəzi dövlətlərinin, o cümlədən Çinin olduğunu söyləyib.
“Bu yolla torpağın verə bilmədiyi (bu gün torpaq 50, 100 il əvvəlki torpaq deyil), ərzaqda çatmayan mikrolementlərlə zənginləşdirəcəklər. Bu layihəni UNİCEF-lə və başqa beynəlxalq qurumlarla birgə öyrənirik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG