Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:15

Son 5 ildə 2720 orta və iri tutumlu sərnişin avtobusu alınıb


-
Son 5 ildə ölkəyə ümumilikdə 2720 orta və iri tutumlu sərnişin avtobusları gətirilib. Bunu nəqliyyat naziri Ziya Məmmədov «The Business Year» dərgisinə müsahibəsində deyib:
«Şəhərlərarası avtobus xidməti üçün 750 nəqliyyat vasitəsindən 400-ü, Bakıda şəhərdaxili xidmət üçün 3000 nəqliyyat vasitəsindən 2100-ü, şəhərlərarası avtobus xidməti üçün 90 nəqliyyat vasitəsindən 20-si, Gəncədə şəhərdaxili xidmət üçün 400-dən 100-ü, Sumqayıtda şəhərdaxili xidmətlər üçün 650-dən 80-i dəyişdirilib».
Z.Məmmədovun sözlərinə görə, Bakıda taksi xidmətinin keyfiyyətini artırmaq üçün 543 «London taksiləri» və digər minik maşınları alınıb: ««London taksilərinin» sayının 3000-ə çatdırılması planlaşdırılır. Ümumilikdə, paytaxtda 65 taksi dayanacağı yaradılıb. Bakıda avtobus xidmətlərinin inkişafı üçün 617 yeni avtobus dayanacaqlarının tikintisi kimi əlavə tədbirlər də görülüb, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi istifadəyə verilib».

Günün bütün mövzuları

XS
SM
MD
LG