Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:53

Malala Angelina Jolie ilə məktəb layihəsinə başlayır



Pakistanlı məşhur məktəbli qız Malala Yousafzai ölkəsində 40 nəfər qız uşağının məktəbə göndərilməsi üçün Angelina Jolie ilə əməkdaşlığa başlayıb.

Hazırda Britaniyada müalicəsi davam edən Malala aprelin 4-də deyib ki, Jolie və daha iki yardımsevər qadın onun yaratdığı Malala Fonduna 45 000 dollar yardım verməyə razılaşıb. Həmin məbləğ də Pakistanın Svat bölgəsində yaşı 5-lə 12 arasında olan 40 nəfər qızın məktəbə göndərilməsinə sərf ediləcək.

Dünyaca məşhur olan ABŞ aktrisası Angelina Jolie Malala Fonduna gələcəkdə daha 200 000 dollar verəcəyini deyib.

15 yaşlı Malala Yousafzai Pakistanın Svat bölgəsində qız uşaqlarının məktəbə göndərilməsi üçün yazdığı bloqlarla tanınıb. Bu da onu sərt şəriət tərəfdarlarının hədəfinə çevirib. Keçən ilin oktyabrında Malalanı Taliban yaraqlıları başından və çiynindən güllələyiblər. Təcili Britaniyaya götürülən Malala müalicə edilərək ayağa qaldırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG