Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:54

Şimali Koreya xarici diplomatlara ölkədən çıxarmağı təklif edir



Rusiyanın Şimali Koreyadakı səfirliyi bildirir ki, Pxenyan onlardan diplomatic heyəti ölkədən çıxarmağı tövsiyyə edir. Səfirliyin sözçüsü aprelin 5-də deyib ki, onlar heyətin çıxarılması təklifini alsalar da hələlik belə bir addımı planlaşdırmırlar.

Pxenyan məktubunda təklifini Koreya yarımadasında vəziyyətin müharibə həddinə çatması ilə izah edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Şimali Koreya təkcə onlara deyil, başqa ölkələrin səfirliklərinə də aprelin 5-də eyni məzmunda məktub göndərib.

Britaniyanın Xarici İşlər nazirliyi isə bunu sadəcə Şimali Koreyanın növbəti müharibə ritorikası adlandırıb.

Bu gün Cənubi Koreya da özünün Şimalla sərhədlərinə nüvə hücumundan müdafiə avadanlıqları ilə təchiz edilmiş iki döyüş gəmisi yerləşdirdiyini bildirib.

Bir neçə gün əvvəl Şimali Koreya Cənubla “müharibə vəziyyəti” elan edib. Pxenyan Cənubi Koreyanın ABŞ-la birgə hərbi təlimlərinə cavab olaraq bu addımı atdığını deyir. Şimali Koreya həmçinin ABŞ ərazisinə və bu ölkənin Sakit Okean bölgəsindəki obyektlərinə nüvə zərbələri ilə hədələyir.

Vaşinqton da öz obyektlərinə raketdən müdafiə sistemləri yerləşdirəcəyini deyib.
XS
SM
MD
LG