Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:17

XANƏMİR AYB-nin müsabiqəsini "yıxıb-sürüdü"


XANƏMİR
XANƏMİR
-

“Qəvi qövmün qalı” şeir kitabıyla Azərbaycan Yazıçılar Birliyinin müsabiqəsinə qatılan, "beşlik"də yer alan, amma qaliblər sırasına düşməyən şair Xanəmir Telmanoğlunun publika.az-da dərc edilmiş yazısı


Xanəmir Telmanoğlu


AYB-nin ədəbiyyat müsabiqəsinə münasibət...

Ey dadi bidad danəndə dəhan dərviş d....

Mən bu məktubu sizə sizin içinizdən, sizə uzaq olan içinizdən yazıram. İçinizə dərin-dərin baxış keçirə bilsəniz, hamınızın var olmuş, amma üzə çıxara bilmədiyiniz səmimiyyətinizin tam yanında olduğumu görərsiniz. Ona görə də, döyülsəniz də, dözümsüzsəniz də, dinləyin.

Dostların sözünü heç eşitmək lazım deyilmiş.

Eşidəndə də belə olurmuş.

Ey əlahəzrət ədəbiyyatın ədəbsizliyə əyilən, əyləncəlik ələyən və əsəblərimin əhatəsində əzəmətini əsirgəməyən əmanəti! Mənim də bir neçə kəlməlik sözüm var.

Niyə görəsən bunlar ədəbiyyatdakı tülkülüklərini gözdən salırlar? Heç olmasa tülkülüyünüzü qoruyun. Tülkülüyünüzün tükənməz tamahına asi düşməyin, əfəndilər!!!!

Niyə dərənin xəlvətliyində tülkü bəyliklərini bəyənməyib, həmən ədəbi xəlifəliyə xətircam olub xəstə sənət təxəyyüllərinə taxt quran bu binəva varislər, hansı sənətin və əxlaqın əyilməz əmanətinə rəməl atdıqlarının tullanılmış tumu, tənəklənmiş tamıdır?

Poeziya ilə əlaqəli onu deyə bilərəm ki, bu müsabiqədə iki qəbulolunmaz yanlışlıq və kökündən köhnə və kinli (ə) görünən münasibətlərin mübadiləsi vardı. Bir, Ramiz Rövşən (müsabiqənin münsifi - O.Z.) heç vaxt özündən kəskin şəkildə şuğlanan fərli fərdlərin faydalı əsərlərini görə bilməz. O, çalışar ki, təqdir, təbliğ, təmsil, təhsil, tekstil, təhlil elədiyi şairin şeirləri həmişə himayəsində hərlənsin.

İki, münsiflər heyətinin dışındakı “münbit” münasibəti məharətlə həzm elətdirməyə çalışan, o da hamımız kimi daş daşıyıb şeir yazan digər bir qələm dostumuzun barəsindəydi. Məsələn, “müsabiqənin münsifsiz qalibi və qəhrəmanı Aqşin olmalıdr”. Hansı yanaşma və açıqlamayla bu fikri əsaslandırmaq mümkün? (Söylədiklərimin Aqşinin özünə aidiyyatı olmadığını bildirmək istərdim:-X.T.)

Onu deyim ki, müsabiqəyə qatılan elə imzalar vardı ki, hesab edirəm onların kitabları oxunulmadan bir tərəfə atılsa da, o şairlərinin bir neçəsinin sənət baxımından yazıları çoxlarının çaxırlanmış, sonra da üzə çıxarılmış yaradıcılığından yararlı və ovxarlıydı.

Ramiz Rövşən
Ramiz Rövşən
Ramiz Rövşəni şəxsən, heç bir zaman ciddi bir şair olaraq qəbul etməmişəm. Yaradıcılığını heç bir alt yapısı olmayan adi şeir-şər nümunələri kimi kərəntiliyərək dəyərləndirmişəm. Şeirlərindəki sənətə yasaq yalanının və palanının həddsiz Hidayətə dözməyən dozası müqabilində elə bir ciddi fəxri füqur olmadığının fərqinə varmışam. Ramiz Rövşən, görəsən, (görüm kövrəlib göyərəsən) utanmağın unudulmaz umacaq hümasını xatırlayaraq diksinirmi, qafil?

Dəhşətə baxın ki, 21-ci əsrdə ədəbiyyatla bağlı dünyanın ortasında bir müsabiqə keçirələr, onu da şəxsi münasibətlər, dostluqlar, bir-birindən asılılıqlar üzərindən dəyərləndirələr, bu vicdanını dövriyyədən çıxarmaqdan başqa bir şey deyil.

Dünya ədəbiyyatındakı imzalarla, dünya şeir nümunələri və mətnləriylə kifayət qədər mən də tanış olmuşam. Hələ bilmək olmaz kimin ədəbiyyatla tanışlığı nə qədərdir? Mən də yaxşı başa düşür və anlayıram ki, sənətlə bağlı olan istənilən müsabiqədə ilkin şərt təqdim olunan əsərlərin orjinallığıdır, özünəməxsusluğu, yeniliyidir. Bəlkə razılaşmayasınız mənimlə???

Ədəbiyyata yaxından-uzaqdan bələd olan gündən heç bir müsabiqə, nə bilim yarışma kimi....Azərbaycanda keçirilən avantürist mövqelərin içində olmamış, qatılmamışam. Onun da səbəbi, bu işlərin içində bizzat olan adamların düzgün xarakterə, kimliyə, kişiliyə, inanca, məqsədə, əmələ sahib olmaması haqqında gəldiyim kəskin qənətim olub. Xeyir, əsla düşünülməsin ki, Azərbaycan ədəbiyyatında namuslu insanlar yoxdur. Var, özü də həddindən həsəd hasil edəcəyin şəkildə. Ancaq bu “oyunlarda” sənət ayrımçılığından aparıcılığı əldə eləmişlərin heç birini kümələyib kəhanətin kəramətinə kəbinlənmişləri düzgün insan kimi dəyərləndirə bilmərəm. Bu insanların hər biriylə üz-üzə gəlməyə, sözümü üzlərinə deməyə də hazıram.

AYB
AYB
Yenə də olsun ki, bu insanların arasında, arxasında bəlkə də özünəxas yaradıcılığı, yarımçıqlığı, yaradıcılıq uğurlarını, oğurluğunu məharətlə haqlamış qələm sahiblərinin siması az deyil. Məsələ ondan ibarətdir, ibrətamizdir ki, haqqında danışdığım, haqqını daşıdığım, haqqını deşdiyim adamların əxlaqı və xarakterləri, ədəbiyyatımıza kifayət qədər öz zərbəçi zərbəsini zarıya-zarıya da olsa vurur, ədəbiyyat inamı, ədəbi mühitə qarşı qarışıq, həm də çoxdan qırışığı açılmayan, həm də qurumuş marağı gözdən salır, yazı, söz adına işlənəcək hər hansı bir ürəkaçan nüansın üzərindən cəhənnəm, cəhalətlənmiş qarışıq xəttini mərdimazar maskasının eskizləriylə malalayaraq çəkib durur.

Özümü bu ədəbi mühitin məsum içində indi hində aktiv görünməsəm də, azdan-çoxdan militan, “riyakar” rolumdan da xəbərim var. Heç vaxt sinəsi ələmlə dolu qələm əhlinin ələdüşməz əzabının bu qədər iyrənc oyunlarla uğraşıb, məşğul olmağını təsəvvür etmək istəmirdim. Ancaq necə derlər, olanlar gürzə ilanların da gözünün qabağında qaralır. Kimlərsə elə zənn edir ki, zaman onların otuzunda tuzuna atdığı addımdan ibarətdir. Bunlar bir daha zənn edirlər ki, (kimliyindən asılı olmayaraq) “bahalı” başlarını kolun kəhanətinə basıblar (soxublar), kimsənin onların çilvələnən çığalarından xəbəri yoxdur. Sabah onların hər biri haqqında atılan ən balaca (elədiklərinin müqabilində başqa nə gözləyə bilərlər ki?) addıma qarşı qırışlarını çoxaldıb necə dözümsüz dayanacaqlarını görəcəksiniz.

Müsabiqəyə hər kəsimdən kifayət qədər maraqlı ölkə yazarları qatılmışdı. Müsabiqənin gedişatında kim nə cür tavr sərgilədi, onunla hələlik istisi üz qarsan işim kiməsə ilişəsi deyil. Rahat olsunlar. Ancaq yaxşı olardı ki, bu müsabiqə oyunbazlığının gedişatını vaxtında görmüş hörmətli Kamal müəllim, heç olmasa, kimlərinsə xətirinə dəyməyini nəzərə almayaraq, açıb hər şeyi mətbuata bildirərdi. O zaman hesab edirəm ki, Kamal müəllimin və müsabiqədən sonra bir-bir geri – geri çarəsizliklə çəkilən, qəmi QAM-lara şayan qələm dostlarımızın aldığı (verdiyi) qıyqacı qərarlar daha səmimi, daha içdən, cəsədlər su üzünə çıxarılaraq, daha cəsarətli sayılacaqdı.

Onu da qoyum, bunu da qeyd edim ki, müsabiqəyə məsul təyin edilmiş adamlar elə düşünməməlidir ki, onlar nə istəsələr, necə istəsələr hərəkət edib, əxlaq nümayiş elətdirməlidirlər. Bu şərlə damğalanmış adamlar birbaşa ədəbi ictimaiyyət qarşısında məsuliyyəti dartınaraq daşıyırlar. Münsiflər təqdim olunan əsərlər üzərində seçimi edərkən imanlarını, vicdanlarını və ədəbi zövqlərini nəyinsə xatirinə bir tərəfə qoyub, artıq kimlərinsə, yaxud da mental yazar ədəbazlığını alətə çevirməklə, sənət prinsiplərini gözardı edərək qaramat basmış “hə”lərini diriltməklə Şeyx Nəsrullahlıqlarının bayrağını qaldırmamalı idilər. Ən azından əllərini illərdir içində olduqları sənət məbədinin iz qaytarmaz qara daşına basıb, tanış olduqları müəlliflərə qarşı unudulmayacaq haqsızlıqlarına rəvac verməməli idilər. Ancaq verdilər. Hər şey şərin damazlıq saydığınız bitiylə, birəsiylə bitdimi düşünürsünüz? Mən bu müsabiqə-oyunun şeytanına çevrilmiş sənətin cinayət ustalarını tövbə etməyə çağırıram. Qalxıb da kişi kimi hər şeyi ətrafa ərinmədən etiraf etsinlər. Desinlər ki, bəli, bizlər münsif kimi yolverilməz, dağlar aşılmaz, dərələr keçilməz səhvlər etmişik, bağışlayın. Şəxsən mən bağışlayanam. Onların gün diksinən günahlarını özlərinə hədiyyə edirəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG