Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:49

Araşdırmaçı jurnalistlər gizli bizneslərlə bağlı daha çox sənədlər yaymağı vəd edirlər


Vaşinqtonda mənzillənən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu dünyanın 170 ölkəsindən 130 000 nəfərə aid olan ofşor zonalardakı gizli bizneslərlə bağlı sənədlər əldə etdiyini bildirir. Təşkilat iddia edir ki, gizli kanallarla 2.5 milyon sənəd əldə edib. Həmin sənədlər dünyanın bir çox zəngin iş adamları və siyasətçilərinin gizli biznesləri, vergidən yayınmalarını əks etdirir.
Konsorsium artıq sənədlərdən bir qismini yayıb və orada Azərbaycanı prezidenti İlham Əliyev və onun ailə üzvlərinin də gizli bizneslərindən bəhs olunur.

Prezidentin sözçüsü Azər Qasımov BBC-yə bildirib ki, dövlət başçısının ailə üzvlərinin biznesə sahib olmasında heç bir qanunsuzluq yoxdur.
XS
SM
MD
LG