Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:18

Navalny presidentliyə iddiasını elan edir



Rusiyanın tanınmış müxalifət liderlərindən olan Aleksei Navalny presidentliyə iddiasını elan edib. Aprelin 4-də müstəqil “Dojd” televiziyasına müsahibəsində 36 yaşlı xarizmatik lider Navalny president olmaq istədiyini deyib.

İxtisasca hüquqşünas olan Aleksei Navalny indiki president Vladimir Putinin ən sərt tənqidçilərindən biri kimi tanınır. Radioya müsahibəsində də Navalnıy deyib ki, prezident olarsa, dərhal Putin və onun yaxın ətrafı istintaqa cəlb ediləcək.

Aleksei Navalny president olmaqda məqsədinin də ölkədə kasıblığın aradan qaldırılması və vətəndaşların Avropadakı kimi normal yaşamalarına nail olmaq olduğunu deyib.

Aprelin 17-də məhkəmə Aleksei Navalny-ya qarşı mənimsəmə ittihamları üzrə işə baxacaq. Özü bu ittihamı siyasi motivli təqib adlandırır. Bu ittiham sübut olunsa, Navalny 10 müddətinə azadlıqdan məhrum oluna bilər.
XS
SM
MD
LG