Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:33

Otunbayeva keçmiş president Bakiyevin ölkəni tərk etməsinə özünün icazə verdiyini deyir



Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayeva bildirir ki, 2010-cu ildə etiraz aksiyaları zamanı o zamankı president Kurmanbek Bakiyevin ölkədən çıxmasına o özü razılıq verib.

Aprelin 5-də Qırğızıstanın paytaxtı Bişkəkdə keçirilən seminarda otunbayeva deyib ki, ABÇ, Rusiya və Qazaxıstan prezidentləri ilə müzakirələrdən sonra vətəndaş müharibəsinə imkan verməmək üçün Bakiyevin ölkədən çıxmasına razılıq vermək qərarına gəlib.

Roza Otunbayeva 2010-cu ilin aprelindən 2011-ci ilin dekabrına qədər Qırğızıstanda president vəzifələrini icra edib.

Keçmiş president Kurmanbek Bakiyev 2010-cu ildə keçirilən kütləvi etiraz aksiyaları və toqquşmalardan sonra Qırğızıstanı tərk edib. Bakiyev o vaxtdan da Belorusda yaşayır.

Qırğızıstan məhkəməsi Bakiyevi siyasi qətllərdə ittiham edərək 24 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Hələlik Belorus Bakiyevin geri verilməsi barədə Qırğızıstanın tələblərini yerinə yetirməkdən imtina edir.
XS
SM
MD
LG