Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:07

İranla yeni nüvə danışıqları başlayır



Aprelin 5-də Qaqzaxıstanın Almaatı şəhərində İranla dünyanın böyük dövlətləri arasında yeni nüvə danışıqları başlayır. Danışıqlarda iştirak edən Avropa Birliyinin Xarici Siyasət idarəsinin rəhbəri Catherine Ashton “ehtiyatlı optimizm” olduğunu bildirib. Ashton bu müzakirədə həm də ABŞ, Rusiya, Çin, Fransa, Britaniya və Almaniyanın birləşdiyi və “Dünya Gücləri üstəgəl bir” adlanan koalisiyanı təmsil edir.

Ashton-un sözçüsü deyib ki, müzakirələrin iki gün davam etdirilməsi nəzərdə tutulur. Amma ciddi nəticə əldə etməyin mümkün olmadığı bəlli olsa, müzakirə tez də qurtara bilər.
Müzakirələrdə İranı təmsil edən Saeed Jalili isə bildirib ki, danışıqların uğuru dünya güclərinin Tehranın uranı zənginləşdirmək haqqını tanımasından asılıdır.

Fevralda keçirilən sonuncu müzakirədə dünya gücləri uranın yüksək dərəcədə zənginləşdirilməsi planlarından əl çəkərsə, İrana iqtisadi sanksiyaları yüngülləşdirməyi təklif etmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG