Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:23

«İTV partiya maraqlarına xidmət etmir»


-

Facebook-dan birbaşa şərh yaz


İctimai TV-nin baş direktoru vəzifəsi üçün müsabiqə elan edilib.
İsmayıl Ömərov səkkiz ildir ki, bu posta rəhbərlik edir. O yenidən bu posta seçiləcəkmi? Rəhbər dəyişikliyi İctimai TV-də nəyi dəyişə bilər? İctimai TV-nin ictimayyətin gerçək türbunası olması daha çox nədən asılıdır?
İctimai TV-nin direktorundan, ictimayyətdən, yoxsa hakimiyyətin iradəsindən?
İctimai TV-nin mənzərəsini nə dəyişə bilər? Cəmiyyət, direktor, yoxsa hakimiyyət.
İctimai televiziyanın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov:
- Sosial şəbəkələrdə istənilən şəxs səhifə yarada bilər. Ona görə də ictimai televiziyanın rəsmi səhifəsiylə yanaşı, ümumi səhifələr də var.
- Araşdırmalarımız, apardığımız sorğular göstərir ki, həm yerli, həm də xarici auditoriya ictimai televiziyanı izləyir. Peykdən, həm də internet vasitəsiylə.
- İctimai televiziya kifayət qədər auditoriya toplayıb. Bu günə qədər hər hansı informasiyanın təkzibinə, qərəzli informasiyaya verilməyib.
-Milli maraqlarımıza xidmət edən layihələr hazırlanır. İctimai televiziyada istənilən sahəyə dair problemlər müzakirə olunur.
- İctimai televiziya açıq siyasi maraqlardan uzaqdır.
- İctimai televiziya heç bir fərdin, qurumun, partiyanın maraqlarına xidmət etmir. YAP-ın da tribunası deyil.
- İctimai televiziya Azərbaycan teleməkanına debat mədəniyyəti gətirdi.
Jurnalist Seymur Kazımov:
- İctimai televiziya yarananda böyük ümidlər vardı ona. Müəyyən qədər çevrilə bildi ictimai kanala. Ancaq daha çox mədəniyyət sahəsiylə bağlı kanalın uğurları var. Azərbaycan cəmiyyətinin aktual problemlərinə yer verilmir. İctimai televiziyanın Facebook səhifəsində ən son 15 martda yenilənib. Eurovision təmsilçimiz elan olunub.
Jurnalist Rövşən Hacıbəyli:
- İctimai televiziya maarifçilik, mədəniyyət sahəsində uğurludur. İnsan haqlarının müdafiəsinə yer verilmir.Yayım Şurası oyuncaq bir qurumdur. İctimai televiziya dövlət siyasətini yerinə yetirir daha çox.
- Bu gün ictimai televiziya YAP-ın tribunasıdır. Müxtəlif fikirlərə yer verilmir.
- Hakimiyyətin icazəsi olmadan bəzi xəbərləri yaya bilmir ictimai televiziya. Çünki hakimiyyətə bağlıdır. Korrupsiyayla bağlı materiallara ümumiyyətlə, yer verilmir. Baş direktorun dəyişməsi heç nəyi dəyişməyəcək.

Şərhləri göstər

XS
SM
MD
LG