Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:40
-
Avropa İnsan Haqları Məhkəməsi 2012-ci ilin nəticələrini açıqlayıb.

Bu haqda məlumat məhkəmənin saytında yerləşdirilib. İl ərzində Avropa Məhkəməsinə 65150 iddia qəbul olunub. Bu isə 2011-ci illə müqayisədə 1 faiz çoxdur. Yeni iddialardan 48350-si baxılması mümkün olmayan ərizələrdir. 17000-ə yaxın ərizə isə icraata qəbul edilib.
Məhkəmə il ərzində 88 minə yaxın iddia ilə bağlı araşdırma aparıb. Ötən ilə nisbətən qəbul edilməyən ərizələrin sayı 70 faiz artıb.
Ölkələr üzrə statistikaya görə, 128 min ərizə ilə bağlı icraat aparılıb. Bunlardan ən çoxu Rusiya ilə bağlıdır – 28600. Siyahıda ikinci yerdə Türkiyə, üçüncü yerdə İtaliyadır. İl ərzində qəbul edilən qərarların 3/1-i əsasən dörd dövlət - Rusiya, Türkiyə, Ukrayna və Yunanıstanla bağlıdır.
2012-ci il dekabrın 31-nə qədər Azərbaycanla bağlı 1299 şikayət olub. İl ərzində 342 yeni şikayət icraata götürülüb. 2012-də 731 ərizə ilə bağlı iş aparılıb. Bunlardan 694 ərizə qəbul edilməyib. 37 ərizəçi barədə 17 qərar çıxarılıb. Qərarlarda Avropa İnsan Haqları Konvensiyasının ən azı bir maddəsi üzrə pozuntu aşkarlanıb (qərarlardan 5-i ədalətli məhkəmə hüququ, 6-sı mülkiyyət hüququ, 6-sı isə azad seçkilər hüququ ilə bağlıdır”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG