Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:46

Hüseynqulu Bağırov: “Sürüşmə sahələri nəzarətdə saxlanılır”


Hüseynqulu Bağırov

Hüseynqulu Bağırov

-
“Masazırda baş verən sürüşmə ilə əlaqədar nazirliyin geologiya xidmətinin xüsusi ekspedisiyası mütəmadi işlər aparır, hər həftə bülletenlər hazırlanır”.
APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib. Nazir bildirib ki, yalnız Masazırda deyil, ölkənin digər bölgələrində texnogen və antropogen səbəblərdən baş verən sürüşmə sahələri və təhlükəli ərazilər daima nəzarət altında saxlanır.
“Masazırda təpənin, yüksəkliyin üstündə evlər yamaca qədər tikilib. Ərazidə kanalizasiya sistemi yoxdur. Vəziyyətin qarşısını ala biləcək tədbirlərin görülməməsi istənilən yerdə, xüsusilə yamacların kənarında evlərin tikilməsi belə hallara gətirib çıxarır. Bu da sürüşmələrin baş verməsində antropogen faktları genişləndirir. Bunların qarşını almaq üçün yerlərdə ev tikilən zaman mütləq ərazinin geoloji ekspertizadan keçirilməsi vacibdir. Bu gələcəkdə belə halların baş verməsinin səbəb olur”.

Günün bütün mövzuları

XS
SM
MD
LG