Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:32
-
Naxçıvandan olan bir neçə fermerin əkin sahəsi üçün İrandan daha sərfəli qiymətə selofan alıb gətirərmək istəməsi onlara deyəsən baha başa gələ bilər. Hər halda fermerlər deyirlər ki, bu selofana görə, Culfa gömrüyündə onlardan rüşvət istəyiblər. Fermerlər qeyd edirlər ki, rüşvətdən imtina etdikləri üçün isə gətirdiyi mallar əllərindən alınaraq anbara vurulub. Fermerlərdən Vüqar Babayev:

«MALI ƏLİMİZDƏN ALIB ANBARA VURDULAR, DEDİLƏR Kİ, HEÇ BURAXMIRIQ»

«Şərikli 2 hektar torpaq əkmişik. Yerimizi sürüb, toxumumuzu əkdik, qalmışdı salofanlamaq. Naxçıvanda salofan çox baha olduğundan qərara gəldik ki, gedib İrandan gətirək. Belə olanda 600 manat qabağa düşəcəkdik. İlkin olaraq 70 kilo salofanı gətirdik, Culfa gömrüyündə bizdən 15 manat pul istədi. Dedim ki, ödəyəcəyim pulun müqabilində çek verməlisiniz. Dedilər yaxşı, sən 10 manat ver. Mən yenə razılaşmadım. Malı əlimizdən alıb anbara vurdular, dedilər ki, heç buraxmırıq. Bir dənə də arayış verdilər. Gəldim Naxçıvan Gömrük Komitəsinə. Orda arayışa baxıb dedilər ki, burda 70 kilo yox, 7 kilo salofanın sənədi var. Get, 7 kilonu götür».

Vüqar Babayev deyir ki, salofan bir neçə gündür gömrüyün anbarında qaldığından əkdikləri toxum xarab olmaq üzrədir:

«ONA GÖRƏ BURAXMIRLAR Kİ, MƏCBUR QALIB ONLARDAN BAHA QİYMƏTƏ ALAQ»

Vüqar Babayev

Vüqar Babayev

«Gərək əkən kimi salofanlayardıq. Üstündən 4 gün keçib, salofanı gətirə bilmirik. 1-2 gün də belə davam etsə əkinimiz məhv olacaq. Kimə şikayət edək bilmirik. Bir neçə dəfə gömrük məntəqəsinə, bir neçə dəfə də gömrük komitəsinə şikayətə getsəm də heç bir xeyri yoxdur. Özləri istehsal edir, çox baha qiymətə satırlar bizə. Monopoliyadır. Ona görə buraxmırlar ki, məcbur qalıb onlardan baha qiymətə alaq. Əgər buraxmasalar, ailəmi də götürüb, yaşadığım Nehrəm kəndinin ortasında aclıq aksiyası keçirəcəm».

Culfa Gömrük Komitəsinin Əlizadə soyadlı əməkdaşı isə slofanın buraxılışına qadağa qoyulduğunu təsdiqləsə də rüşvət istəmələri ilə bağlı deyilənləri təkzib etdi:

«Naxçıvanda istehsal olunur deyə yuxarıdan tapşırıq gəlib, buraxılış qadağandır. Ola bilər kimsə bilməyib gətirəndə rüsumunu alıb buraxırırq. Heç kimdən artıq pul istənilmir. Əgər, anbara vurulan 70 kilo salofanın yerinə 7 kilo yazılıbsa, qoy həmin şəxs yaxınlaşsın, araşdıraq».

«SELOFANA NƏ QADAĞA QOYULA BİLƏR?»

İqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, normal halda salofanın qadağan olunmuş mal hesab olnmadığından onun ölkəyə gətirilməsinə heç bir maneə olmamalıdır:

«Hansısa malın ölkəyə gətirilməsinə qadağa qoyulması üçün 2-3 əsas şərt var. Həmin mal təhlükəsizliyə təhdiddirsə, yaxud silahdırsa ona qadağa qoyula bilər. Selofana nə qadağa qoyula bilər? İnhisarçılıq məsələsidir. Həmin məhsulu Naxçıvanda istehsalını həyata keçirən danışıb gömrüklə , rəqabəti öldürmək üçün bu yola əl atıblar. İrandan gələn mal daha ucuz başa gəldiyindən gömrüklə gizli sövdələşmə ediblər ki, buraxılmasın. Çox güman ki, həmin istehsal hansısa məmurla bağlıdır. Yerli istehsalı gücləndirmək üçün gətirilən malın rüsumu qaldırıla bilər. Həmin risum da qanuni yolla kassa keçirilib, qəbzi alınmalıdır».
XS
SM
MD
LG