Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 19:37

Ağdaşda polis əməkdaşı özünü öldürüb


Ağdaş rayon Polis Şöbəsinin əməkdaşı özünü öldürüb.

APA-nın məlumatına görə, hadisə bu gün saat 18:00 radələrində Ağdaşın Kotanarxı kəndində baş verib.
Polis serjantı Zöhrab Cavadov yaşadığı evin yaxınlığında özünü ov tüfəngi ilə vurub.

Hələlik özünə qəsdin səbəbi bəlli deyil.

Zöhrab Cavadovun subay olduğu və 6 ildir polis orqanlarında çalışdığı bildirilir.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.
XS
SM
MD
LG