Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:12

Yafəz Əkrəmoğlu ilə bağlı müraciət DİN-də araşdırılır


Yafəz Əkrəmoğlu
Yafəz Əkrəmoğlu
-
«Mənim və ailəmin başına hər hansı iş gəlsə, məsuliyyəti Naxçıvan hüquq-mühafizə orqanları daşıyır»
Aprelin 5-də Azadlıq Radiosunun Naxçıvan müxbiri Yafəz Əkrəmoğlu ona olan hədə və şantajla bağlı mətbuat konfransı keçirib. O bundan sonra ailəsinin və özünün başına hər hansı iş gəlsə, məsuliyyəti Naxçıvan hakimiyyətinin daşıyacağını vurğulayıb.
Daha öncə xəbər verildiyi kimi, AzadlıqRadiosu Yafəz Əkrəmoğluna qarşı şantaj və hədənin araşdırılması, onun və ailəsinin təhlükəsizliyinin təmin olunması ilə bağlı DİN, MTN və Respublika Prokurorluğuna yazılı müraciət edib.
NAZİRLİK MÜRACİƏTƏ REAKSİYA VERİB

Orxan Mansurzadə
Orxan Mansurzadə
Məsələ ilə bağlı AzadlıqRadiosunun sorğusuna cavabında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məktubun DİN-ə daxil olduğunu təsdiqləyib. O, məktubla bağlı araşdırmanın aparılması üçün adiyyatı qurumlara lazımi tapşırıqların verildiyini deyib.

AZADLIQRADİOSU-nun MÜXBİRİ ŞANTAJ MƏKTUBU ALIB

Aprelin 3-də Azadlıq Radiosunun Naxçıvan müxbiri Yafəz Əkrəmoğlunun Bakı şəhəri, Binə qəsəbəsində yaşadığı evə şantaj məktubu göndərilib.
Sözügedən zərfin içində başı görünməyən çılpaq qadın şəkli, Yafəz Əkrəmoğlunun adına yaradılan saxta Facebook profilindən götürülmüş guya hansısa qadınla intim yazışmanın çap variantı, bir ədəd də CD olub. CD-də kimlikləri bilinməyən qadınla kişi arasında pıçıltılı intim söhbətlərin yer alır. Bu hadisədən bir neçə saat sonra Yafəz Əkrəmoğlunun istifadə etdiyi mobil telefona özlünü Naxçıvan MR MTN-in əməkdaşı kimi tanıdan bir şəxs tərəfindən zəng gəlib.

Jurnalist iki dəfə onun adından saxta profil yaradıldığını və həmin profillərdən şəbəkə istifadəçilərinə məktublar göndərildiyini deyib. Bu profillər aşkarlandığı zaman Yafəz Əkrəmoğlu onların saxta olduğunu Facebook şəbəkəsində elan etmişdi.

«HARASA MƏLUMAT VERSƏN, ÖZÜNÜ VƏ AİLƏNİ ÖLMÜŞ BİL...»

Yenə jurnalist şantajı

Yenə jurnalist şantajı

Yafəz Əkrəmoğlunun sözlərinə görə, zəng edən şəxs zərfi onların göndərdiyini bildirib:
«Mənə dedi ki, sən Naxçıvan haqda tənqidi araşdırma və reportajları dayandırmalısan. Yoxsa sənə göndərdiklərimiz İnternetdə yayımlanacaq. Cavab verdim ki, istədiyinizi yayın, göndərdiklərinizin hamısının saxta olduğu göz qabağındadır. Buna heç kim inanmaz. Daha sonra zəng edən şəxs “Naxçıvanın birinci şəxsi”nin adından danışaraq mənə bütün maddi problemlərimi çözəcəklərini və istədiyim məbləğdə pul verə biləcəklərinin dedi. Mən təhdid və şirnikləndirici vədlə razılaşmayandan sonra o, başqa cür hədə-qorxuya başladı və dedi ki, son texnologiyanın köməyi ilə sənin görüntülərini elə montaj edərik ki, hər kəs inanar. Bundan da qorxmadığımı bildirəndə ailəmi təhdid etməyə başladı: “sənə gələn məktub və telefon zəngi haqda harasa məlumat versən, özünü və ailəni ölmüş bil».
AzadlıqRadiosu Yafəz Əkrəmoğluna qarşı şantaj və hədənin araşdırılması, onun və ailəsinin təhlükəsizliyinin təmin olunması ilə bağlı DİN, MTN və Respublika Prokurorluğuna yazılı müraciət edib.
Yafəz Əkrəmoğlu dəfələrlə təqibə və təzyiqə məruz qalıb. 2012-ci ilin noyabrında da o, ünvanına olan hədələrlə bağlı polisə müraciət edib. O zaman müxbiri hədələyən şəxslərin telefon nömrələri təqdim olunsa da, hüquq-mühafizə orqanları bu təhdidlərlə bağlı hər hansı tədbir görməyiblər.
XS
SM
MD
LG