Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:57

MDB-də ölkəsini tərk etmək istəyən ən çox Ermənistandadır


Arxiv foto. Qırğız miqrantlar Rusiyaya gedirlər. 23 mart 2013

Arxiv foto. Qırğız miqrantlar Rusiyaya gedirlər. 23 mart 2013


Keçmiş Sovet İttifaqı ölkələrində həddi-buluğa çatanların 15 faizi birdəfəlik başqa ölkələrə köçməyə çalışır. ABŞ-dakı araşdırmalar şirkəti Gallup 2010-2012-ci illər arasında apardığı sorğuların nəticəsində bu qənaətə gəlib.

Gallup qeyd edir ki, ölkəsini tərk etmək istəyənlər ən çox Ermənistandadır. Burada həddi-buluğa çatanların 40 faizi, yəni hər 10 nəfərdən 4-ü yaşamaq üçün başqa ölkələrə köçməyə çalışır.

Belə istəkdə olanların sayı ən az Özbəkistanda olub – 5 faiz.

Azərbaycanda daha yaxşı həyat üçün başqa ölkələrə getmək istəyənlər 14 faiz olub.

Azərbaycanlı ekspert isə qeyd edir ki, əslində Orta Asiya ölkələrində vətəndaşların ölkəni tərk etmək istəməmələri dolanışıqlarının yaxşı olduğundan deyil, sadəcə olaraq buna onların ixtiyarı yoxdur.

Miqrantlara hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirir ki, məsələn, Özbəkistanda ölkəni tərk etmək istəyən adam elə öz ölkəsindən – özbəkistandan çıxış vizası almalıdır. Yəni, bu ölkədə başqa dövlətə getməyə icazə tələb edilir.

Əlövsət Əliyev bildirir ki, son illər Azərbaycanı da tərk etmək istəyənlərin sayı kəskin artır. Onun araşdırmalarına görə əvvəllər daha yaxşı yaşayış üçün başqa dövlətlərə getmək istəyənlər çox olsa da hazırda siyasi səbəblər üstünlük təşkil edir.

Əlövsət Əliyevin verdiyi məlumata görə hazırda Avropa ölkələrindən siyasi sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı qonşu Ermənistan və Gürcütsnadan daha çoxdur.

Başqa ölkələrə getməyə çalışan MDB sakinləri buna ən basilica səbəb kimi də öz ölkələrindəki iqtisadi vəziyyəti göstəriblər. Gallup-ın sorğusuna cəlb olunan potensial miqrantların 52 faizi öz həyat standartını yaxşılaşdırmaq, ya da belə standartların yuxarı olduğu yerlərə köçmək istədiyini deyib.

Rəyi soruşulanların hər 8 nəfərindən biri isə əsasən özünü deyil, uşaqlarının gələcəyini düşündüyü üçün ölkəsini tərk etmək istədiyini deyib.





Sorğuya cəlb olunanlar arasında daha çox yaşı 50-dən yuxarı olanlar daha çox sosial müavinətlərə görə başqa ölkələrə getmək istədiklərini deyiblər.

Gənclər isə əsas səbəb kimi daha çox həyat standartlarını yaxşılaşdırmaq istədiklərini deyiblər.

Uşaqlarının gələcəyi üçün başqa dövlətə köçmək istəyənlər isə daha çox Türkmənistanda olub (29 %).

Azərbaycanlılar bu göstərici üzrə ən aşağı yerlərdə olublar. Rəyi soruşulanların cəmi 8 %-I övladının daha yaxşı dövlətdə yaşaması üçün ölkəni tərk etmək istədiyini deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG