Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:55

Gəncədəki liftlərin təmirinə 1 milyon manat vəsait ayrılıb


Azerbaijan -- Manat (code: AZN), the currency of Azerbaijan, 2009
Azerbaijan -- Manat (code: AZN), the currency of Azerbaijan, 2009
-
Bu barədə Gəncə şəhər icra hakimiyyətindən məlumat verilib.

Məlumata görə, ölkə prezidenti İlham Əliyev Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən prezidentin ehtiyyat fondundan ilkin olaraq 7,0 (yeddi) milyon manat, - Bakı Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat, Gəncə və Sumqayıt Şəhər İcra Hakimiyyətlərinin hər birinə 1,0 (bir) milyon manat ayrılıb.

Qeyd edək ki, Gəncədəki hündürmərtəbəli binaların 40 faizi köhnə və istismara yararsızdır.
XS
SM
MD
LG