Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:30

Minsk qrupunun həmsədrləri regionda səfərdədir


Foto arxiv
Foto arxiv
ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində keçirilən monitorinqi izləyiblər.

APA-nın məlumatına görə, həmsədrləri İqor Popov,Jacques Faure, İan Kelly və Anjey Kaspşik bu gün helikopterlə Bərdə rayonuna gəliblər.

Onlar Ağdam-Bərdə yolu üzərindəki təmas xəttində də monitorinq keçirəcəklər.

Rusiyalı həmsədr İqor Popov jurnalistlərə açıqlamasında bir neçə gün əvvəl Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdüklərini və qarşı tərəfdə görüşlər tam başa çatdıqdan sonra sabah geri dönəcəklərini, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb sonda mətbuata açıqlama verəcəklərini deyib.
XS
SM
MD
LG