Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:04
-
Aprelin 4-də Bakı Apelyasiya Məhkəməsində NİDA vətəndaş hərəkatının fəallarından olan Üzeyir Məmmədlinin və Rəşadət Axundovun apelyasiya şikayətinə baxılıb.

Şikayət onların haqqında seçilmiş 3 aylıq həbs-qəti imkan tədbirinin ləğvi ilə bağlı olub.

Şikayətlər təmin olunmayıb.
Bu haqda AzadlıqRadiosuna Üzeyir Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
Üzeyir Məmmədli məhkəmədəki çıxışında bildirib ki, ona qarşı irəli sürülən ittihamlar əsassızdır. Vəkil deyir ki, “həbs-qəti imkan tədbiri ilə bağlı qərarın qanuni əsası yoxdur. Ancaq təəssüf ki, qəbul olunmadı”.
Rəşadət Axundov da məhkəmədə bildirib ki, onu heç bir təqsiri həbsi quramadır, onun ictimai fəaliyyəti ilə bağlıdır.

Vəkil Fəxrəddin Mehdiyev Üzeyir Məmmədlinin məhkəməsi haqda danışır:


Vəkil Rəşid Hacılı Rəşadət Axundovun məhkəməsi haqda:

Günün bütün mövzuları

XS
SM
MD
LG