Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:44

TQDK ərizə qəbuluna başlayır


-
Aprelin 9-da 2013-2014-cü tədris ili üzrə ali və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanır. Ərizələrin qəbulu mayın 17-ə qədər davam edəcək.
Bu haqda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə aprelin 4-də keçirdiyi mətbuat konfransında məlumat verib.
Abituriyentlər aprelin 15-dən mayın 17-dək təqdim etdikləri ərizəni təsdiq etdirməlidirlər. Qəbul imtahanında iştirak etmək üçün abituriyentlər internet vasitəsilə TQDK-nın rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalı və lazımi sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG