Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:58

AXCP fəalı Daşqın Məlikovun məhkəməsi təxirə salınıb


-
Aprelin 4-də Sumqayıt şəhər apelyasiya məhkəməsində AXCP fəalı Daşqın Məlikovun həbsindən verilən apelyasiya şikayətinə baxılmalı idi.
Şikayət həbs qətimkan tədbirinin dəyişdirilməsi və Daşqın Məlikovun azadlığa buraxılması haqqında idi. Ancaq Sumqayıt şəhər polis idarəsi cinayət işinin materiallarını məhkəməyə göndərmədiyindən şikayətə baxılması aprelin 5-ə qalıb.
Xəbəri Daşqın Məlikovun vəkili Əsabəli Mustafayev verib.
Daşqın Məlikov martın 25-də Sumqayıtda tutulub. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə ittiham olunur.
Müdafiə tərəfi ittihamı qurama sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG