Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:28

Şimali Koreya ABŞ-ı hücumla hədələyib


Şimali Koreya nüvə silahı da daxil olmaqla istənilən vaxt ABŞ-a qarşı amansız hücuma keçməyə hazır olduğunu xəbərdarlıq edib.

Bu barədə Şimali Koreyanın mərkəzi teleqraf agentliyi ordu komandanlığına istinadla xəbər verir.

Agentlik ABŞ tərəfindən mümkün təcavüzün qarşısını almaq üçün orduya
göstəriş verildiyini deyir.

Birləşmiş Ştatların müdafiə naziri Chuck Hagel bildirib ki, Vaşinqton Pxenyanın bəyanatını özü və regiondakı müttəfiqlərinə qarşı real təhlükə kimi qəbul edir.

Cənubi Koreya müdafiə nazirliyinin sözçüsü Wi Yong-Sub isə ölkəsinin təhlükələrə hazır olduğunu bəyan edib.

Analitiklər hesab edir ki, hazırda Şimali Koreyanın ABŞ əsas ərazisini vurmaq imkanı olmasa da Yaponiya və Cənubi Koreyadakı ABŞ qüvvələrini hədəfə ala bilər.

Şimali Koreya BMT təhlükəsizlik şurasının ona qarşı yeni sanksiyaları və ABŞ-la Cənubi Koreyanın bu günlərdə keçirdikləri birgə hərbi təlimlərdən sonra cənubla sülh razılaşmasından çıxıb və onunla müharibə vəziyyətində olduğunu bəyan edib.

Pxenyan dünıən isə şimalla cənub arasındakı birgə azad ticarət mərkəzinə girişi bağlayıb.
XS
SM
MD
LG