Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:59

Şeir, hekayə müsabiqəsinə əsər qəbulu başa çatmaqdadır


"Ədəbi Azadlıq-2012" müsabiqəsinin qalibləri, mükafatçıları, təşkilatçıları... 1 iyun, Bakı

"Ədəbi Azadlıq-2012" müsabiqəsinin qalibləri, mükafatçıları, təşkilatçıları... 1 iyun, Bakı

-

“Ədəbi Azadlıq-2013” şeir və hekayə müsabiqəsinə əsər qəbulu aprelin 13-də başa çatacaq.

20 gün ərzində müsabiqəyə 114 yazar əsər göndərib.

Onların bir çoxu müsabiqəyə həm şeir, həm də hekayə yollayıb.

Martın 13-də başlanan müsabiqə Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzali.az-da təşkil edilib.

Müsabiqənin mükafatları notebook-lar, netbook-lar və e-book readerlər-dir (elektron kitab oxuma qurğuları).

Müsabiqələrə indiyəcən İnternet məkanında çap edilməmiş əsərlər qəbul edilir (sosial şəbəkələrdə yayılmış əsərlər istisna olmaqla).

Şeir və hekayələr üçün heç bir mövzu və həcm məhdudiyyəti yoxdur.

Hər müəllifdən yalnız 1 hekayə və maksimum 2 şeir qəbul edilir.

Müsabiqələrdə təxəllüslə iştirak etmək olmaz.

Müsabiqələrə qatılanlar şeirlərini, hekayələri bu ünvana göndərə bilərlər: oxuzali@azadliqradiosu.az

Şərtlə haqda ətraflı burda oxu!

Müsabiqəyə təqdim edilən bütün əsərlər münsiflərə imzasız təqdim ediləcək. Qoca, ya cavan, qadın, ya kişi, şəkili, ya bakılı, pullu, ya pulsuz, adamlı, ya adamsız – fərqi yoxdur, əsərlərə yalnız keyfiyyətinə görə qiymət veriləcək. Bu müsabiqənin qaliblər siyahısı kabinetlərdə tərtib edilmir. Əsəri birinciliyə layiq deyilsə, kimsə qohum-əqrabasını, dost-tanışını küçələrə töküb özünü qalib edə bilmir, Əsərlər münsiflər arasında paylaşdırılmır, hər bir münsif bütün əsərləri oxuyur və qaliblər bir-iki yox, bütün münsiflərin verdiyi ballarla müəyyən edilir. Gücünü ədalətli yarışmada sınamaq istəyənləri müsabiqədə iştirak etməyə dəvət edirik. Müsabiqə sözünün hörmətdən salındığı mühitdə də olsa, yenə bunun üçün əlimizdən gələni etməyə çalışacağıq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG