Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:49

E.Abdullayevin videosu, YAP-ın seçki hazırlığı


Arxiv foto
Arxiv foto
-
Aprelin 4-də dərc olunan qəzetlərin icmalı:

«Azadlıq» qəzeti yazır ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin oğurlanmış qardaşı Mahir Abdullayevlə bağlı yeni videolar yayılıb.
Qəzet yazır ki, «Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi tərəfindən «Azadlıq TV»yə təqdim edilən videoda maraqlı məqamlar yer alıb. E.Abdullayevin kabinetində çəkilən videoda, onun özü, qardaşı Elsəvər Abdullayev, prezidentin mühafizə xidmətinin əməkdaşları olduğu bildirilən Babaşov Natiq Cabbar oğlu və soyadının dəqiqləşdirilməsi mümkün olmayan Sahib (videoda Sahibə Seyid deyilərək müraciət edilir) arasında Mahir Abdullayevin azad edilməsi barədə söhbət gedir. Aparılan danışıqdan məlum olur ki, M. Abdullayev Azərbaycanda saxlanılır. Lakin M. Abdullayevi oğurlayan dəstənin rəhbərliyi Rusiya Federasiyasının Peterburq şəhərində olur. Natiq Babaşov bir dəfə Peterburqa səfər edib və növbəti dəfə səfərə getməsi planlaşdırılır. Videoların 3-cü və 4-cü hissələrində Mahir Abdullayevlə onu saxlayan şəxslər arasındakı davadan söhbət gedir».
«ÜSYANDAN VƏ ƏLƏKBƏROVLARDAN SONRAKI GƏRGİN İSMAYILLI»
«Yeni Müsavat» qəzeti yazır ki, İsmayıllıda 23-24 yanvar üsyanından sonra bir canlanma var. «Camaat güman edir ki, yeni gələn icra başçısı İsmayıllıda problemləri qismən də olsa həll edəcək. Amma əhali birmənalı şəkildə sakitləşməyib və onları ən çox onları narahat edən üsyandan sonra tutulanların taleyidir. İsmayıllılar gözləyir ki, istintaq yekunlaşsın, məhkəmələr başlasın və məhbusların barəsində hansı qərar çıxarılacağından asılı olaraq addım atılsın».
Həbsdə olanlardan biri Rəşid Məmmədovun atası Ərziman Məmmədov qəzetə deyib ki, dövlətin ayırdığı vəkili tapa bilmir: «Vəkil bir dəfə mənə zəng edib maraqlanmayıb ki, vəziyyət necədir». «Digər İsmayıllı məhbuslarının ailələri də övladlarının həbsini haqsızlıq sayır. Onlar ümid edir ki, ədalət öz yerini tutacaq».
«BİR KƏNDİN MANİFESTİ»
Nardaranda etiraz aksiyası (1 Aprel 2013)
Nardaranda etiraz aksiyası (1 Aprel 2013)
«Bizim yol» qəzeti Nardaran kəndindən reportaj hazırlayıb. Qəzet yazır ki, «burda ölkədə qanunları ilə bərabər qəsəbənin yazılmamış qanunları da işləyir. Bu qəsəbədə nə hakim Yeni Azərbaycan Partiyasının təmtəraqlı qərargahı, nə Heydər Əliyev mərkəzi ar. Heç bələdiyyə və icra nümayəndəliyinin də düz-əməlli inzibati binaları yoxdur. Küçələri Qurani Kərimdən sitatlar və islam müqəddəslərinin şəkilləri bəzəyir. Qəsəbə əhalisi inanclı insanlardır və kənddə islam qayda-qanunlarına ciddi riayət olunur. Kişilər şiə saqqalı ilə, xanımlar isə büründükləri çarşablarla gəzirlər. Bu baxımdan kəndi İran İslam respublikası ilə bağlayanlar da var. Amma Azərbaycanda ölkəyə, milli adət-ənənələrə, dinə və imana ən sadiq insanlar bəlkə də məhz Nardaranda yaşayanlardır».
YAP-IN SEÇKİLƏRƏ HAZIRLIĞI DAVAM EDİR
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, iyun ayında YAP-ın qurultay nümayəndələrinin seçilməsi planlaşdırılır.
«Yeni Azərbaycan» qəzeti Siyavuş Novruzovun fikirlərinə istinadən yazır ki, «Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının təxminən 30 faizində dəyişiklik olub. Dəyişiklik sədrlərdə, İdarə Heyətində və şura üzvlərində də olub. Nümayəndələr seçildikdən sonra qurultayın keçirilməsi ilə bağlı qərar veriləcək və
vaxtı bəlli olacaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG