Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:59
-
Aprelin 4-də Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə bağlı müsabiqə edib.
Şuranın məlumatına görə, müsabiqədə iştirak edəcək şəxs Azərbaycan vətəndaşı və ali təhsilli olmalıdır.
Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilənlər, məhkumluğu ödənil­məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.
Namizədlər aprelin 4-dən 19-a qədər ərizə, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, tərcümeyi-hal, kadrların şəxsi uçot vərəqi və ali təhsil haqqında dövlət sənədini Milli Televiziya və Radio Şurasına təqdim etməlidir.
Namizədlər müəyyənləşdirildikdən sonra seçkinin keçirilməsi üçün namizədlərin siyahısı İctimai Televiziya və Radio Yayım Şurasına təqdim ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG