Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:51

24 manatlıq borca görə məktəb qaranlıqda qalıb


-
Tərtər rayonunun Kəngərli kənd tam orta məktəbinə elektrik enerjisinin verilişi dayandırılıb. Buna səbəb enerji haqqının vaxtında ödənilməməsi göstərilir. Məlumatı AzadlıqRadiosuna sözügedən təhsil müəssisəsində işləyən, adının açıqlanmasını istəməyən müəllimlərdən biri verib
.
Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov da məktəbin işıqsız qalmasını təsdiqləyir: «Məktəb üçün cəmi 144 manat rüblük limit ayrılıb, nəzərdə tutulandan artıq istifadə etdiyimizdən martın 28-də gəlib işığımızı kəsiblər. İstehlak etdiyimiz enerjinin haqqı yerli icra hakimiyyəti tərəfindən ödənilir».
«ONSUZ DA PUL DÖVLƏTİN BİR CİBİNDƏN ÇIXIB O BİRİ CİBİNƏ GİRİR»
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Kəngərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xamiz Əsgərov borca görə məktəb və xəstəxana kimi müəssisələrə elektrik enerjisi verilişinin dayandırılmasını yolverilməz hesab edir:

«Büdcə təşkilatlarının bir-birinə borcu yarana bilər. Borca görə, onların fəaliyyətinə əngəl törədilməməlidir. Onsuz da pul dövlətin bir cibindən çıxıb o biri cibinə girir. Bu, cari ildə yaranmış borcdur. «Borc» deyəndə ki, məktəb rüb ərzində limitdən 24 manat artıq istifadə edib. Buna görə işığı kəsməzlər ki. Özü də qabaqcadan xəbərdarlıq etməyiblər».
İcra nümayəndəsinin sözlərinə görə, smeta köhnə məktəb binasına görə tutulub. Ötən il Kəngərli tam orta məktəbi üçün yeni, müasir uslublu bina tikiləndən sonra enerjiyə olan təlabat da artıb: «Sinif otaqları çoxalıb, istilik sistemi yaradılıb. Vaxt olub ki, smetada nəzərdə tutulandan az istifadə etdiyimizdən ilin sonunda qalıq pulu büdcəyə qaytarmışıq».
«NƏ VAXT PULUMUZ VERİLƏCƏK, ONDA ENERJİ VERİLİŞİ BƏRPA OLUNACAQ»
Tərtər Elektrik Şəbəkəsinin rəisi Azad Şəmilov isə məsələ ilə bağlı suallarımızı cavablandırmadı.

«Mingəçevir Regional Elektrik Şəbəkəsi» MMC-nin rəisi Səməd Hüseynov isə xəbərdarlıq edilmədən enerjinin dayandırılması ilə bağlı deyilənlərlə razılaşmır:

«Mənim adımdan onlara rəsmi məktublar göndərilib. Bizə tapşırılıb ki, heç kəsə güzəşt edilmədən enerjinin haqqı 100 % toplanılmalıdır. Yerli icra hakimiyyəti smetanı təlabatına uyğun tərtib etməyibsə, bu, onun problemidir, indi zəhmət çəkib borcu cibindən ödəsin. Nə vaxt pulumuz veriləcək, onda enerji verilişi bərpa olunacaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG