Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:45
Yaxın vaxtlarda Azərbaycanda tütün və tütün məmulatları haqqında qanuna əlavə və dəyişikliklər edilə bilər.

ANS-PRESS-in məlumatına görə, bunu Millət vəkili Musa Quliyev bildirib.
O qeyd edib ki, 2001-ci ildə qəbul edilən qanuna yetərincə nəzarət olmadığından ona dəyişiklik edilməsi labüd sayılıb.

Millət vəkili bildirib ki, qanunda konkret olaraq göstərilir ki, tədris müəssisələrinin yaxınlığında 18 yaşına çatmayan uşaqlara siqaret satışı qadağandır.
O hesab edir ki, qanunun tələblərinin pozulmasına görə hazırda nəzərdə tutulan 10-15 manatlıq cərimə də artırılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG