Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:21

«Royal Albert Hall»da Azərbaycan musiqisi səslənəcək


-
BBC-3 radiosunun üç əməkdaşı Londonda yerləşən məşhur «Royal Albert Hall»da səslənəcək Azərbaycan musiqisi layihəsinə hazırlıq məqsədi ilə Azərbaycana gəlib.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

Xəbərdə deyilir ki, istedadlı xanəndə Qoçaq Əsgərov və onun Londonda yaşayan tələbəsi Fidan Hacıyeva həmin səhnədə çıxış edəcək.

Hazırlıq çərçivəsində Londonda boya-başa çatan azərbaycanlı Fidan Hacıyeva üçün ustad dərslərinin təşkili də nəzərdə tutulub.

Fidan Hacıyeva Xalq artisti Alim Qasımovun ustad dərsində iştirak edəcək, Arif Babayev, Zabit Nəbizadə, Gülyaz və Gülyanaq Məmmədovaların siniflərində dərs prosesinə qatılacaq.

Bütün bunlar BBC-3 radiosunun əməkdaşları tərəfindən işıqlandırılacaq.

Londonun Soas Universitetində təhsil alan Fidan hazırda musiqi nəzəriyyəsini, vokalın sirlərini öyrənir.

Xəbərdə vurğulanır ki, radionun heyəti mayda yenidən Azərbaycana gələcək.

Məşqlər başa çatdıqdan sonra avqustun 22-də Qoçaq Əsgərov və Fidan Hacıyeva Londonda konsert proqramı təqdim edəcəklər.

Xatırladaq ki, konsert layihəsi Royal Albert Hall, BBC-3 radiosu və UNESCO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın birgə təşəbbüsüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG