Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:45

Tarix Muzeyinə «Molla Nəsrəddin» jurnalının nadir nömrələri hədiyyə edilib


-
ABŞ-da yasayan və Vaşinqtonda mühəndis işləyən həmyerlimiz Fərhad Rüstəm oğlu Məmmədov Milli Azərbaycan Tarixi Muzeyinə dəyərli hədiyyə bağışlayıb.

Xəbəri muzeyin saytı yayıb.
Bu, müsəlman Şərqinin ilk və ən populyar satirik jurnalı olan «Molla Nəsrəddin» jurnalının 1908-1909-cu illərə aid nömrələrinin cildlənmiş toplusudur.
Xəbərdə deyilir ki, toplu vaxtilə görkəmli Azərbaycan iqtisadçısı və etnoqrafı Məhəmmədhəsən bəy Baharlıya (1896-1937) məxsus olub.
O, hələ sağlığında «Azərbaycanşünas alim» kimi tanınırmış. Məhəmmədhəsən bəy Cümhuriyyət dövrünün görkəmli ziyalılarından, Sovet işğalına qarşı gizli mübarizə aparan Azərbaycan İstiqlal Təşkilatının fəal üzvlərindən olub.
M.H. Baharlı 1937-ci ildə güllələnəndən sonra onun kitabxanasındakı kitab və jurnalları qohumu Mir Həsən Mir Əbdüləhəd oğlu Həsənov qoruyub saxlayıb.
O da, öz növbəsində toplunu nəvəsi Fərhad Məmmədova verib.
Beləliklə, Milli Tarix Muzeyinin fondları Azərbaycan tarixinin, milli mətbuatımızın daha bir yeni eksponatı ilə zənginləşib.

“Molla Nəsrəddin” jurnalının nadir nömrələri

“Molla Nəsrəddin” jurnalının nadir nömrələri

Günün bütün mövzuları

XS
SM
MD
LG