Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:49

AXCP fəalı Dəyanət Babayev polisə çağrılıb


-
AXCP fəalı Dəyanət Babayev Nəsimi rayon Polis İdarəsinə çağrılıb.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Əsabəli Mustafayev deyib.
Vəkilin sözlərinə görə, gənc fəal ötən il haqqında açılan cinayət işinə görə istintaqa çağrılıb.
Ötən il Bakı şəhər sakini Tofiq Səlimov polisə şikayət edərək Dəyanət Babayev tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirmişdi. Bundan sonra AXCP üzvü haqda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
AXCP Gənclər Təşkilatının üzvləri də Nəsimi rayon Polis İdarəsinin qarşısında toplaşıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG