Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:52

Rusiya silah ixracına görə dünyada ikincidir


 Vladimir Putin
Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin ölkəsinin dünyada ən böyük silah ixracçılarından olduğunu və bunda yalnız ABŞ-dan geri qaldığını deyir.

Putin jurnalistlərə açıqlamasında ötən il Rusiyanın 66 ölkəyə 15 milyard dollardan artıq silah satdığını və bunun 2011-ci illə müqaisədə 12 faiz çox olduğunu deyib.

O həmçinin hazırda Moskvanın 75 ölkə ilə 46 milyard dollar məbləğində müqaviləsi olduğunu qeyd edib.
Onun sözlərinə görə hazırda dünyadakı silah bazarının ¼-nə Rusiya nəzarət edir.

BMT-nin baş Assambleyası çərşənbə axşamı tarixdə ilk dəfə olaraq silah alveri ilə bağlı beynəlxalq müqavilə qəbul edib.
154 ölkə sənədin lehinə, 3-ü isə əleyhinə səs verib.
Rusiya isə bitərəf olan 23 ölkə arasındadır.
XS
SM
MD
LG