Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:40
-

ABŞ prezidenti Barak Obama bildirib ki, Konqresdən insan beyninin daha detallı xəritəsinin hazırlanması layihəsinə 100 milyon dollar ayrılmasını xahiş edəcək.

Obama bu planını aprelin 2-də Ağ evdə alim və qonaqlar qarşısında açıqlayıb:

“Biz insanlar işıq illəri uzaqlığındakı qalaktikaları aşkarlaya, atomdan da kiçik hissəcikləri öyrənə bilərik. Amma biz hələ də qulaqlarımız arasında yerləşən üç funtluq* materiyanın sirrini açmamışıq”.
______
*3 funt – 1,36 kiloqram


Ağ ev ümid edir ki, BRAIN Təşəbbüsü (Brain Research through Advancing Innovative Neurotechnologies) adından da göründüyü kimi nevroloji və psixi xəstəliklərin müalicəsi üçün yeni texnologiyaların yaradılmasına yol açacaq.

Obama üzünü auditoriyaya tutaraq “təsəvvür edin” deyib: “elə bir dövr gəlir ki, daha heç bir ailə Parkinson maskası geyməyə məcbur olmuş, yaxud epilepsiyadan əziyyət çəkən əzizinin onların gözü önündə əriyib getməsinə ümidsizcəsinə baxmalı olmur”.

Amma Obamanın sözlərinə görə, həkimlər insan beynini bütün incəliklərinə qədər bilmədikləri üçün buna çarə tapa bilmirlər:

“Buna görə də biz hələ də Alzhaymer, yaxud autism kimi xəstəlikləri müalicə edə, beynə qan sızmasının nəticələrini tam aradan qaldıra bilmirik”.

Obama BRAİN planını açıqlayır, 2 aprel 2013

Obama BRAİN planını açıqlayır, 2 aprel 2013

Obama bildirib ki, BRAİN Təşəbbüsü alimlərə insan beyninin daha dinamik təsvirinə nail olmağa, insanın necə düşündüyü, yaddaşının necə fəaliyyət göstərdiyi haqda daha dolğun təsəvvür yaratmağa imkan verəcək. Və əldə edilmiş həmin biliklər elmdə sıçrayışa səbəb ola bilər.

Obamanın proqnozuna görə, sözügedən araşdırma “milyonlarla yox, milyardlarla insanın həyatına müsbət dəyişiklik gətirə bilər”.

Əgər Konqres layihəni təsdiqləsə, araşdırma ilə Milli Səhiyyə İnstitutu, Milli Elm Fondu və s. təşkilatlar məşğul olacaqlar.

ABŞ kimi ölkə üçün 100 milyon dollar elə də böyük pul olmasa da, layihə Konqresdən keçməyə də bilər. Millət vəkilləri arasında büdcə xərclərini azaltmağın yolları ilə bağlı mübahisə bir neçə aydır davam edir.

Obama isə bildirir ki, özəl şirkətlərin və universitetlərin də araşdırmaya dəstək olmaları üçün əlindən gələni əsirgəməyəcək.

Prezident Ağ evin bioetik komissiyasının araşdırmaya nəzarət etməsinə göstəriş verəcək.

İnsan beyni üzrə mütəxəssislər Obamanın planını alqışlayıblar.

Şərhləri göstər

XS
SM
MD
LG