Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:56
Bu həftə Serbiya ilə Kosovo arasında aparılan danışıqların növbəti mərhələsi heç bir nəticə verməyib.

Avropa rəsmilərinin sözlərinə görə, tərəflər bu dəfə Kosovonun şimalında yaşayan yerli serblərin statusunu müəyyən etməyə çalışıblar.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton tərəflər arasında dərin fikir ayrılığı olduğunu deyir.

Serbiya hökumətinin sözçüsü Milivoy Mixayloviç tərəflərin razılışğa gələcəyəni ümidlə yanaşdığını deyir.

Serbiya ilə Kosovo arasında münasibətlərin normallaşması Serbiyanın Avropa Birliyinə üzvlük məsələsində əsas şərtlərdən biridir.

Belqrad 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edən Kosovonu tanımır.
Hazırda Kosovonu onlarla dünya ölkəsi tanıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG