Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:26

Şimali Koreya cənubluları azad ticarət zonasına buraxmır


Foto arxiv
Foto arxiv
Şimali Koreya Cənubi Koreyadan olan işçiləri iki ölkə arasındakı birgə azad ticarət zonasına buraxmır.

Amma Pxenyan hazırda ticarət zonasında olan bütün Cənubi Koreya vətəndaşının vətənə dönməsinə icazə verildiyini deyir.

Cənubi Koreya Birləşdirmə Nazirliyinin sözçüsü Kim Hyung seok bu gün Seulda keçirdiyi mətbuat konfransında şimalın bu hərəkətini yolverilməz adlandırıb və Pxenyanı təcili qadağanı götürməyə çağırıb.

Kim Hyungun sözlərinə görə qərar elan edilərkən ticarət zonasında 850-ə yaxın Cənubi Koreya vətəndaşı olub.

Keson ticarət zonası Şimali Koreya iqtisadiyyatı üçün çox vacib obyekt hesab olunur.

Şimali Koreya BMT- təhlükəsizlik şurasının ona qarşı yeni sanksiyaları və ABŞ-la Cənubi Koreyanın regionda keçirdiyi birgə hərbi təlimlərə cavab olaraq bu günlərdə cənubla sülh razılaşmasından çıxıb və onunla müharibə vəziyyətində olduğunu bəyan edib.
XS
SM
MD
LG