Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:09

ABŞ mütəxəssisləri peykin idarəetməsini Azərbaycana veriblər


-
Azərbaycanın Azerspace-1 ilk telekommunikasiya peykinin orbitdəki bütün sınaq prosesləri uğurla başa çatıb. Aprelin 2-dən idarəetmə peykin istehsalçısı olan ABŞ-ın Orbital Sciences şirkəti tərəfindən tamamilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərkosmos ASC-yə təhvil verilib.
Bu haqda məlumatı Rabitə və İnformasiya Texnologiyalari Nazirliyi yayıb.
Peykin kommersiya fəaliyyətinə başlamaq üçün artıq tam hazır vəziyyətdə olduğu bildirilir.
Məlumatda o da deyilir ki. Azərkos
mos mütəxəssisləri peyki Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən idarə edirlər. Peykin həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzindən də izlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG