Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:15

R.Kobia həbslər barədə ətraflı məlumatı olmasa da, baş verənlərdən təəssüfləndiyini deyir


Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia

-

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia AzadlıqRadiosunun son həbslərlə bağlı sualını cavablandırıb. O deyib ki, həbslərlə bağlı ətraflı məlumatı olmasa da, baş verənlərdən təəssüflənir. Bununla bağlı hətta narahatlıqlarını da dilə gətirib:
«Dünən gəlmişəm. İcazə verin əvvəlcə Novruzdan sonra baş verənlərlə bağlı məlumatları alaq. Eşitdiklərimə doğurdan da, çox təəssüf edirəm.

Bizim tərəqqi görmək istədiyimiz hər bir məsələ ilə bağlı Avropa Birliyi kifayət qədər yüksək səslə danışır. Verdiyimiz bəyanatlardan əlavə də iş görürük, dövlət qurumları ilə müzakirə edirik, fikir mübadiləsi aparırıq. Mən sizə onu deyə bilərəm ki, bu məsələlərlə bağlı mən və həmkarlarım çox narahatıq, bəzi məsələlərə dair öz narahatlığımızı bildirmişik».
Roland Kobia deyib ki, REAL-ın sədri İlqar Məmmədovun həbsi də onlarda çox böyük narahatlıq doğuru:

«Təəssüf ki, o daha 2 aylıq həbs olundu» deyən AB rəsmisi fikrini belə yekunlaşdırıb: «Diplomat bir söz demirsə o demək deyil ki, o işləmir».

“BİZDƏ ANCAQ A PLANI VAR”

Roland Kobia AzadlıqRadiosu-nun digər suallarını da cavablandırıb:
- Bəzi yerli hüquq müdafiəçiləri AB-nin hesabatına gülməli tövsiyələrin salındığını deyirlər. Siz insan haqları ilə bağlı Milli Fəaliyyət Proqramının yerinə yetirildiyini qeyd edirsiz. Ancaq əksər müşahidəçilər Azərbaycanda insan haqları üzrə heç bir irəliləyişin olmadığı qənaətindədirlər. Bu barədə nə deyə bilərsiniz?
- Hər kəsin öz fikri, öz rəyi ola bilər. Əlbəttə, biz hər kəsin fikrinə hörmətlə yanaşırıq. Xahiş edirik, nəzərə alasınız bu hesabat 2012-ci ili əhatə edir. 2013-cü il ona daxil deyil. Hesabatda da yazıldığı kimi, biz hesab edirik ki, insan haqları, fundamental azadlıqlar barəsində daha çox tərəqqi əldə edilməlidir. Ancaq biz yenə də ədalətli olmalıyıq. Bir neçə müsbət hal baş veribsə, onu da qeyd etməliyik.
- Bu il Azərbaycanda prezident seçkiləri keçirilməlidir. Hakimiyyət sizin tövsiyələrinizi nəzərə almasa, B planınız varmı?
- Bizdə ancaq A planı var. Ona görə ancaq A planı ki bu insanlarla, bu ölkə ilə olan əməkdaşlığımıza inamımız var. Həm biz, həm də AB-nin üzv dövlətlərinin səfirlikləri Azərbaycanın doğru istiqamətdə irəliləməsinə yardım etmək üçün çalışırlar. Əlbəttə, bəzi ölkələrdə başqa ölkələrə nisbətən daha çətin olur. Ancaq biz yenə də çalışırıq ki, bu ilki prezident seçkiləri bizim istədiyimiz kimi ədalətli, şəffaf şəkildə keçirilsin. Əgər belə olmasa gələn ilin tərəqqi hesabatına bunlar əlavə olunacaq.
- Belə başa düşdüm ki, seçki ərəfəsində tövsiyələrə əməl edilməsə siz heç nə etməyəcəksiz.
- Mən elə demədim. Mən dedim ki, biz əlimizdən gələni edəcəyik ki, bütün işlər öz yolunda, qaydasında aparılsın. Bir çox hallarda müşahidə etmisiniz ki, AB müxtəlif, çoxsaylı, aydın, qərəzsiz bəyanatlar verir, o bəyanatı indi mən də verirəm. Ancaq bilməlisiniz ki, AB demokratik bir sistemdir. Hansısa ölkənin bizim istədiyimizi görməsi üçün biz hərbi qüvvələr və digər vasitələrlə ora müdaxilə etmirik. Ölkənin suverenliyinə, onun müstəqilliyinə hörmət edirik. Biz nə edə bilərik? Biz ancaq onlarla işləyib onları inandıra bilərik ki, doğrudan da bu düzgün yoldur və bu yol onlar üçün faydalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG