Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:01

Gədəbəydəki qızıl mədənində ölüm hadisəsi


Gədəbəy qızıl mədəni (Arxiv foto)

Gədəbəy qızıl mədəni (Arxiv foto)

-
Bu barədə Gədəbəy Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, bu gün səhər saat 8 radələrində qızıl mədənində filiz boşaldılarkən hadisə baş verib. Belə ki, Gədəbəy rayon sakini, 1982-ci il təvəllüdlü Ayaz Abdullayev «HOVA» markalı yük avtomobilindən filiz boşaldan zaman maşının arxa təkərlərinin altından torpaq sürüşüb. Nəticədə yük maşını hüdürlükdən dərəyə aşıb. Sürücü hadisə yerindəcə ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehitiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG