Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:55

Kiprin Maliyyə naziri istefa verib



Kipr Respublikasının Maliyyə naziri Michalis Sarris aprelin 2-də istefa verib. Bir qrup hakim onun keçən ay ölkənin qarşılaşdığı müflisləşmə böhranı zamanı atdığı addımların araşdırılmasına başlayıb. Nazir isə deyib ki, həmin araşdırma zamanı hakimlərlə işləməli olduğundan vəzifəsində istefa vermək qərarına gəlib.

Sarris keçən il böhranla üzləşən Laiki Bankının rəhbəri olub. Həmin bankın problemləri keçən ay bütövlükdə ölkəni ciddi maliyyə sıxıntısına salıb.

İndi müstəntiqlər həm də Kipr Respublikasında bank depozitlərinin dondurulmasından azca əvvəl iri məbləğlərdə vəsaitini necə xarici ölkələrə ötürüldüyünü araşdırırlar. İttihamlara görə milyonlarla avro pulunu xaricə çıxaranlar arasında yunan Kiprinin indiki prezidentinin yaxın qohum-əqrəbası da var.

Kipr Respublikası öz banklarında olan əmanətçilərin hesablarından vergi tutumaq barədə qərar qəbul edəndən də Avropa Birliyi və beynəlxalq Valyuta Fondundan 10 milyard avro – təxminən 12.8 milyard dollar borc ala bilib. Ölkə əhalisinin kəskin etirazına səbəb olmuş bu addımla da rəsmilər dövlətin müflisləşmədən xilas olduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG