Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:49

Çində yeni nadir quş qripi virusu aşkar edilib


Çin hökuməti 4 nəfərdə əvvəllər insanda heç zaman rastlanmayan quş qripi virusu aşkar edildiyini bildirir. Səhiyyə rəsmilərinin məlumatına görə hava yoluyla yoluxan H7N9 virusu ölkənin şərq əyalətlərindən birində 3 qadın, bir kişidə aşkar edilib. Onların hamısı müalicə olunublar.

Amma bu 4 nəfərn virusa necə yoluxduqları hələ məlum deyil. Çünki eyni əyalətdə yaşasalar da onlar əvvəllər heç bir şəkildə ünsiyyətdə olmayıblar.

Çenevrədə mənzillənən BMT-nin Səhiyyə təşkilatı da yeni tip quş qripinin çox da ciddi təhlükə mənbəyi olmadığını bildirib.

Çin rəsmiləri həmçinin qeyd edirlər ki, fevralda ölkənin ən böyük şəhəri olan Şanxayda iki kişi eyni virusa yoluxub və onların hər ikisi martın əvvəlində vəfat edib.
XS
SM
MD
LG