Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:02

Talibanın lideri president seçkisinə qatıla bilər



Əfqanıstanın prezidenti Hamid Karzai Almaniya qəzetinə müsahibəsində deyib ki, Talibanın lideri Mullah Mohammad Omar-ın gələn ilə nəzərdə tutulan növbəti president seçkisində iştirakı mümkündür. Aprelin 2-də "Sueddeutsche Zeitung" qəzetində çap olunan müsahibəsində president bildirir ki, Omar əfqanlara onun lehinə və ya əleyhinə səs vermək imkanı verə bilər.

Hamid Karzai fikrini belə əsaslandırır ki, Əfqanıstan Konstitutsiyası bütün əfqanlara aiddir və hər kəs ondan faydalana bilər. Amma president həm də əlavə edib ki, bunun üçün Taliban öncə terrorçu Al-Qaeda ilə əlaqələrini kəsməli, zorakılıqdan imtina etməli, siyasi prosesə qoşulmalıdır.

Hamid Karzai ötən həftənin sonunda Qatara səfər edərək Talibanın bu ölkədə formal ofisinin açılmasına dair danışıqlarda da iştirak edib.

Taliban qrupu 1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyət başında olub, ölkəni sərt şəriət qaydaları ilə idarə edib.
XS
SM
MD
LG