Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:13

Bircə sualı cavabla - iPod qazan! (Ötən həftənin sualına cavab: "Akutagawa...)


iPod Shuffle

iPod Shuffle

-

Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən ədəbiyyat viktorinasının bu həftə üçün sualı:

Cavab ver - iPod qazan!

Bu, hansı əsərdəndir?

“Artıq ferma sahibləri öz fermalarında əllərini ağdan-qaraya vurmurdular, təsərrüfatı kağızda idarə edirdilər; onlar torpaq nədi, necə olur, unutmuş, torpağın ətrini yadırğamışdılar; yalnız həmin torpağın sahibi olduqlarını, gəlirini-çıxarını bilirdilər. Bəzi fermalar o qədər böyümüşdü ki, təsərrüfatı idarə eləmək artıq bir adamın imkanı xaricində idi, bunun üçün böyük bir mühasib ordusu saxlamaq lazım idi ki, faizləri, gəliri, çıxarı hesablasınlar. Kimyaçılar lazım idi ki, torpağın tərkibini tədqiq etsinlər, zənginləşdirsinlər. İşi idarə edən müdirlər lazım idi ki, adamların üçqat əyilib cərgələrin arası ilə bacardıqca sürətlə hərəkət etməsinə nəzarət eləsinlər. Belə fermer çevrilib olurdu alverçi və dükan açırdı. Bir tərəfdən insanlara əmək haqqı verir, o biri tərəfdən onlara ərzaq satır, verdiyi pulu beləcə geri almış olurdu...”

Cavabınızı aprelin 8-ə qədər (həmin gün də daxil) bu ünvana yollaya bilərsiz: oxuzali@azadliqradiosu.az

Viktorinanın qalibi düzgün cavab yollayanlar arasından püşkatma yolu ilə seçiləcək.

***

Azadlıq Radiosunun “Oxu zalı”nda keçirilən ədəbiyyat viktorinasında bundan əvvəl elan edilmiş suala düzgün cavabsa belədir:

Rünoske Akutaqavanın "Rasyomon darvazası" hekayəsi

15 düzgün cavab göndərilib.

(Əksər cavablar səhv olub. O cümlədən: Kamyunun "Taun" romanı, C.Məmmədquluzadənin "Ölülər" əsəri və s.)

Püşkatma nəticəsində qalib Zibeydə Osmanova olub.

Qalibi təbrik edirik. O, mükafatını - iPod Shuffle-ı Azadlıq Radiosunun Bakı bürosundan götürə bilər:

Telefon: 436 77 40 (dax. 13 55 Rafiq bəy)

Viktorinamız hələ 6 həftə davam edəcək.

(Qalib növbəti həftələrdə viktorinada iştirak edə bilməz).

Günün bütün mövzuları

XS
SM
MD
LG