Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:45

Sağlığında etiraf edilməyən erməni rəssamın əsərlərinə $30 milyon qiymət qoyuldu


Arthur Pinajian

Arthur Pinajian

Pinacyan rəsmlərini zibilə atmağı vəsiyyət etmişdi.

-

Amerikan-erməni rəssamı Artur Pinacyanı sağlığında tək-tük adam tanıyırdı. Ömrü boyu rəsm çəkdi, amma özünü təsdiq edə, tanına bilmədi.

İndi isə onun rəsmləri SoHo qalereyasının divarlarını bəzəyir, aparıcı sənətşünaslar isə onun adını ABŞ-ın ən yaxşı abstrakt impressionistləri arasında çəkirlər. Onun irsi 30 milyon dollar məbləğində qiymətləndirilir.

Bir sözlə Pinacyan ölümündən sonra əməlli-başlı məşhurlaşıb

Hər şey isə ondan başlayır ki, 2005-ci ildə Thomas Schultz adlı bir ev alverçisi Bellport-dakı koteci almaq fikrinə düşür.

Məqsədi onu ucuz qiymətə alıb sonradan baha satmaq idi. Bu, Pinacyan və bacısının uzun müddət yaşadığı kotec idi.

Shultz xatırlayır ki, kottecin içi rəsmlərlə, eskizlərlə dolu idi.

Mərhum rəssamın bacısı uşaqları alverçidən evdəki səliqəsizliyə görə üzr Pinajian-ın yaşadığı kotec

Pinajian-ın yaşadığı kotec

istəyirlər. Deyirlər ki, rəsmləri çəkən adam sağlığında etiraf olunmayıb və əsərlərinin lazımsız olduğu üçün zibilə atılmasını vəsiyyət edib. Rəsmlərin bir hissəsi də qarajdadı və tezliklə hamısı bayırdakı zibil yeşiklərinə doldurulacaq.

Schultz-un biznes tərəfdaşı kottecə 300 min dollar sayır.

Üstündə də 2 500 dollar verərək rəssamın bütün həyatı boyu çəkdiklərini alır

Pinajian-ın yaşadığı evin qarajı

Pinajian-ın yaşadığı evin qarajı

Pinacyanın irsi beləcə xilas edilməklə yanaşı həm də sonradan peşəkarların əlinə düşür.

Shultz müasir Amerika rəssamlığı üzrə tanınmış mütəxəssis olan William Innes Homer-in qohumunu tanıyırmış.

Homer Pinacyanın irsini bir neçə ay öyrənəndən sonra başqa bir tanınmış sənətşünas Peter Hastings Falk-a zəng edir, tapıntısı haqda danışır.

Falk Azadlıq Radiosuna deyib ki, Pinacyanın hekayəti onun üçün sürpriz olub. Çünki Jackson Pollock, Franz Kline və Willem de Kooning kimi məşhur amerikalı abstrakt ekspressionistlərdən sonra kimsənin belə yüksək zirvəni fəth etdiyi faktı məlum deyildi. Amma Pinacyanın rəsmlərini məhz həmin görkəmli rəssamların əsərləri ilə eyni cərgəyə qoymaq olar.

Falk indi Pinacyanın sərgilərini təşkil edir.

Pinacyan 1914-cü ildə New Jersey-də anadan olub

Onun valideynləri buraya Türkiyədən köçmüşdülər.

Arthur Pinajian

Arthur Pinajian

Pinacyan 1930-cu illərdə komik kitablara illüstrasiyalar çəkib.

Daha sonra New York şəhərində rəssamlıq üzrə təhsil alıb.

1948-ci ildə o, böyük rəssam olmaq nə tələb edir – mövzusunda bir manifest yazır.

Həmin manifestdən sonra – ta ölümünə qədər o, dayanmadan rəsm çəkir, ona maddi dəstək verənsə bacısı olur.

Bacısı oğlu Aram Aramyan deyir ki, dayıları üzügülər adam idi, həmişə deyib-gülər, zarafatlaşar, köhnə dövrandan danışardı:.

“Onun istədiyi – yalnız və yalnız şəkil çəkmək idi. Səhər, günorta, axşam elə hey şəkil çəkərdi. Hər gün. İlin 365 günü.”

Pinacyan erotikadan tutmuş realizmə qədər hər istiqaməti sınaqdan keçirib.

Amma Falk deyir ki, o, ən böyük uğura çəkdiyi “lirik, ritmik, abstrakt təbiət mənzərələrində” nail olub. Amerika təbiətini çəkərkən.

Pinacyanın əsərləri ilk dəfə New York-da nümayiş etdiriləndə böyük marağa səbəb olub.

Onun bir rəsmi hətta 100 min dollar satılıb

Pinacyanın irsinin xilas edilməsində mühüm rolu olmuş Shultz isə artıq ev alverçiliyinin daşını atıb və rəssamın irsinin idarə edilməsində, əsərlərinin satılmasında iştirak edir.

Pinacyanın rəsmləri (qalereya)
Təbiət mənzərəsi (adsız rəsm)

Təbiət mənzərəsi (adsız rəsm)


Təbiət mənzərəsi (adsız rəsm)

Təbiət mənzərəsi (adsız rəsm)


Təbiət mənzərəsi (adsız rəsm)

Təbiət mənzərəsi (adsız rəsm)


Təbiət mənzərəsi (adsız rəsm)

Təbiət mənzərəsi (adsız rəsm)


Dağlar

Dağlar


Təbiət mənzərəsi (adsız rəsm)

Təbiət mənzərəsi (adsız rəsm)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG